Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Türkiyə Prezidentinin Şuşa səfəri böyük tarixi əhəmiyyətə malikdir

0

  • 2020-ci il əksər dünya ölkələri üçün uğursuz il olsa da Azərbaycan üçün uğursuz başlanıb, böyük zəfərlə bitən, tarix səhifələrinə qızıl hərflərlə yazılan il oldu. Həmin ildə biz 44 günlük haqq savaşı aparıb uzun illər mənfur düşmən tərəfindən işğalda saxlanılan torpaqlarımızı əsarətdən xilas etdik. Necə deyərlər, bizə qənim kəsilən erməni vandallarının başını əzib, onları müqəddəs torpaqlarımızdan qovub çıxartdıq və təslim olmağa məcbur etdik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​​ Uzun illər Azərbaycanı istila edilmiş əbədi və əzəli torpaqlarından vaz keçməyə, təslimçi sülhə sövq etməyə çalışan qərb dövlətlərindən, eləcə də bir çox dünya dövlətlərindən heç bir maddi, mənəvi dəstək almayan ölkəmizə, murdar düşmənlə savaşın elə ilk günlərindən yalnız, qardaş Türkiyənin açıq dəstəyini hiss etdik. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütövlükdə​ Türkiyə hökuməti açıq şəkildə bu haqq savaşında yanımızda olduqlarını bəyan etdilər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Vətən Müharibəsinin gedişi bir daha onu göstərdi ki, qardaş Türkiyə təkcə södə deyil, əməldə də xalqımızın yanında oldu. Onlar açıq şəkildə bəyan etdilər ki, hazırkı mərhələdə qardaş Azərbaycan hansı sahədə olur-olsun, nəyi bizdən tələb edərsə, həmin tələb qeyd-şərtsiz yerinə yetiriləcəkdir. Elə müharibənin gedişində qardaş Türkiyədən aldığımız "Bayrakdar" pilotsuz uçuş aparatlarının düşməni necə lərzəyə salaması, onu darmadağın etməsi qeyd edilənlərə parlaq sübutdur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycanın Qurtuluş savaşı sayıla biləcək Vətən müharibəsi zəfərlə başa çatdıqdan sonra Türkiyə dövlətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, dövlət başçısı kimi işğaldan azad edilmiş, Azərbaycanın Mədəniyyət beşiyi sayılan Şuşa şəhərinə səfər edəcək və burada bir çox məsələləri özündə əks etdirən dövlətlərarası sənədlər imzalayacaqdır. Bütün dünyada siyasətçilər arasında özünün dürüstlüyü, mərdliyi, bənzərsiz kişiliyi ilə seçilən Ərdoğan sözünü tutdu və 2021-ci ilin 15 iyun tarixində Şuşaya səfər etdi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Türkiyə prezidentinin Şuşa səfəri böyük tarixi əhəmiyyətə malik bir səfər oldu. Məlumdur ki, bu səfər zamanı iki ölkə arasında bəyannamə imzalanmışdır. Bu bəyannamədə hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən bir çox məsələlər öz əksini tapmışdır. Şuşada Türkiyə konsulluğunun açılması, Türkiyənin Şuşada və digər işğaldan azad edilmiş ərazilərində quruculuq işlərində iştirakı və digər məsələlər sənəddə öz əksini tapmış çox böyük əhəmiyyətə malik müddəalardandırlar.​ ​ ​ ​ ​ ​ ​ ​ İki qardaş ölkə rəhbərlərinin görüşü zamanı bir çox maraqlı məqamlar da diqqəti çəkmişdir. Xüsusilə ölkə başçımız cənab İlham Əliyev Türkiyə prezidenti cənab Ərdoğana Xankəndini göstərərkən Ərdoğanın "Otel ordamı?" ritorik sualı diqqət çəkən məqamlardan biri olmuşdur. Bu məqam tezliklə Azərbaycan Respublikasının qanunlarının Xankəndində bərqərar olmasına işarə idi. Cənab Ərdoğanın Şuşa səfəri mənfur ermənilərə də göz dağı idi. Onlar bir daha Şuşanın əsil sahiblərinin kim olduğunun şahidi oldular. Onlar bir daha şahid​ oldular ki, "Dəmir yumruq" domokl qılıncı kimi daim onların başlarının üzərindədir.​ ​ ​ ​ ​ ​ Azərbaycana səfəri zamanı Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Parlamentindəki çıxışı özünün möhtəşəmliyi ilə diqqəti çəkirdi. O parlament tribunasından bir daha Azərbaycan xalqına xitabən" bir millət, iki dövlət "prinsipinə sadiq qaldığını nümayiş etdirdi. Cənab Ərdoğan bildirdi ki, işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin həyata​ keçirilməsində, vaxtilə öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmış Azərbaycan vətəndaşlarının yenidən öz torpaqlarına qayıtmsında Türkiyə daim qardaş Azərbaycana ən yaxın yardımçı olacaqdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Türkiyə Prezidentinin ölkəmizə sonuncu səfəri Türkiyə- Azərbaycan qardaşlığının əbədi və sarsılmaz olmasına öz yeni töhfələrini verəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ İradə Cəfərova, Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib96 dəfə
    Türkiyə Prezidentinin Şuşa səfəri böyük tarixi əhəmiyyətə malikdir

    Maraqlı gələ bilər
    59
    42
    54